Daha öncə Xocalı soyqırımından xilas edilmiş qızcığazın taleyi barədə videoçarx paylaşmışdıq. Sevinc və qürur hissi ilə bildiririk ki, onun eşitmə qabiliyyəti artıq bərpa olundu!
1992-ci il, fevralın 25-dən 26-na keçən o dəhşətli gecə 11 yaşlı Xocalı sakini Zəminənin sağlamlığında bir çox izlər qoyur. Belə ki, faciədən sonra Zəminə eşitmə qabiliyyətini itirdi.
Lakin xeyriyyəçilərimizin dəstəyi ilə ötən ilin mart ayında, sərt karantin rejimi dövründə Zəminə Nəsibova “Nargis” fondu tərəfindən Türkiyənin qabaqcıl klinikalarından birinə göndərildi. Burada o, uğurlu koxlear implantasiya əməliyyatı keçirdi. Növbəti ay isə “Cochlear” şirkətindən xüsusən dəvət olunan mütəxəssis heyəti tərəfindən onun qulağına eşitmə cihazı taxıldı.
Uzun illərdən sonra Zəminə yenidən eşitməyə başladı!
“Nargis” Fondu əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları”na öz minnətdarlığını bildirir!