Leykoz 25/07/22

Nərgiz Hüseynzadə

Əziz dostlar! Daha öncə bildirdiyimiz kimi “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2022 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən on bir uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri limfoblast leykozdan əziyyət çəkən 7 yaşlı Nərgiz Hüseynzadədir. Müalicə və sümük iliyi köçürülməsi əməliyyatının toplam məbləği 83 000 ABŞ dolları təşkil etdi. Sevinc hissi ilə bildiririk ki, Nərgizin müalicə və əməliyyatı uğurlu keçdi, Nərgiz artıq Bakıdadır!
Göstərdiyi mühüm dəstəyə görə bütün xeyirxah şəxslərə və “Torpaq Əlimdə, Bahar Ürəyimdə” xeyriyyə yarmarkasının sponsorlarına, o cümlədən Nərgizi və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!