Leykoz 16/02/22

Xəqan Qubadov

Əziz dostlar, məlum olduğu kimi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından toplanan ianələr ənənəvi olaraq əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara sərf olunur. Bu uşaqlardan biri limfoblast leykozdan əziyyət çəkən 11 yaşlı Xəqan Qubadovdur. Müalicə və əməliyyatın toplam məbləği 83 000 ABŞ dolları təşkil etdi. Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin aparıcıl klinikalarından birində Xəqana sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə bütün xeyirxah şəxslərə və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının sponsorlarına, o cümlədən Xəqanı və ailəsini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!