4 yaşlı Ayxan Məlikova hipospadiya diaqnozu qoyulmuşdu. Bir il öncə Ayxanın əməliyyat olunmasına baxmayaraq, ikinci əməliyyatın keçirilməsi olduqca vacib və təcili idi, lakin ailənin buna maddi imkanı çatmırdı. Qeyd edək ki, bu tip əməliyyatlar yalnız müəyyən yaşa qədər keçirilməlidir. Xeyriyyəçilərimizin dəstəyilə 7 iyul tarixində Ayxan hipospadiyas əməliyyatı olundu. Əməliyyat uğurla keçdi, Ayxan özünü yaxşı hiss edir. Xeyriyyəçilərimizə bir daha təşəkkürümüzü bildiririk!