Əziz dostlar! Bildirdiyimiz kimi “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2024 xeyriyyə yarmarkası sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən altı uşağın müalicə və əməliyyat xərcləri qarşılanmışdı.
Bu uşaqlardan biri olan 5 yaşlı Əhəd Məmmədova həkimlər tərəfindən «kriptorxizm» diaqnozu qoyulmuşdu.
Əhədin əməliyyatı və sağalması üçün tələb olunan ümumi məbləğ 1.835 AZN təşkil edirdi.
Bu səbəbdən, Əhədin ailəsi, bir müddət öncə “Nargis” Fonduna müraciət etmişdi.
Sevinc hissi ilə bildiririk ki, «Nargis» Fondun dəstəyi ilə, Baki Sağlamlıq Mərkəzində Əhəd uğurlu əməliyyat keçirdi.
Birlikdə dünyanı daha yaxşı bir yerə çevirə bilərik. Və xeyriyyə yarmarkamız bu istiqamətdə mühüm addım oldu! Biz fəxr edirik ki, balaca Əhədə və digər dəstəyə ehtiyacı olan uşaqlara kömək edə bildik!