“Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2025 xeyriyyə yarmarkası çərçivəsində dəstək göstərdiyimiz son uşaq – 4 yaşlı Hidayət Əsgərov oldu.
Beyində şiş diaqnozu ilə mübarizə aparan Hidayətin müalicəsi üçün tələb olunan 2,000 AZN “Nargis” Fondu tərəfindən qarşılandı və o, ölkənin aparıcı xəstəxanalarından birində uğurla əməliyyat olundu.
Bu əməliyyat sayəsində Hidayət artıq sağlam gələcəyə doğru ilk addımlarını atmağa başlayır.
Bu yolda bizə dəstək olan bütün sponsorlarımıza, yarmarka iştirakçılarına və ürəyini bu işə verən hər kəsə sonsuz təşəkkür edirik.
Sizin köməyinizlə daha bir kiçik ürək ümidlə döyünməyə başladı.