Əziz dostlar! Daha öncə bildirdiyimiz kimi “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2022 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən on bir uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri 16 yaşlı İsmayıl Şabanovdur. İsmayılın hər iki əlində kontrakturanın açılması və septorinoplastikası üçün “Nargis” Fondu tərəfindən 7 000 AZN köçürüldü.
İsmayıla şəfalar diləyir, bütün xeyirxah şəxslərə və yarmarkanın sponsorlarına dərin minnətdarlığımızı bildiririk!