Əmir Dadaşov

4 yaşlı Əmir Dadaşov avtomobil vurması nəticəsində ağır yaralanıb. Qəza zamanı onun bud-çanaq sümükləri sınıb, anal dəlik (anus) sahəsi zədələnib. Əmir artıq bir dəfə əməliyyat olunub, onun ikinci cərrahi əməliyyatı isə Bakıda yerləşən Istanbul NS klinikasında baş tutacaq. Əməliyyat həkimlər tərəfindən pulsuz həyata keçiriləcək və yalnız tibbi millər üçün ödəniş olunacaq. Bunun üçün lazım olan 6 min AZN-in bir hissəsi həkimlər və könüllülər tərəfindən toplanıb, yerdə qalan məbləğ - 4100 AZN isə "Nargis Fund" tərəfindən ödənilib. Əmirin əməliyyatdan sonrakı vəziyyəti haqqında sizə məlumat veriləcək.

07.02.2017
Bu gün Əmir Dadaşov "Istanbul NS" klinikasında sayca ikinci dəfə əməliyyat olunacaq. O, bir neçə saat öncə MRT (Maqnit Rezonans Tomoqrafiya) müayinəsindən keçib. Əmirin müalicə xərclərini "Nargis Fund" öz üzərinə götürüb.
Əziz dostlar, sizə yaxşı xəbərimiz var! Əmir Dadaşovun əməliyyatı uğurla başa çatdı. Onu qarşıda dəri köçürülməsi əməliyyatı gözləyir. Lakin həmin əməliyyatın vaxtı hələ ki, bəlli deyil.

08.02.2017
Fevralın 8-də 4 yaşlı Əmir Dadaşovun "Istanbul NS" klinikasında üçünçü əməliyyatı baş tutub. Körpənin vəziyyəti stabildir.

23.02.2017
Bu gün 4 yaşlı Əmir Dadaşov xəstəxanadan çıxarılacaq. O, artıq bud-çanaq oynağı və anal dəlik (anus) sahəsində əməliyyat keçirib, vəziyyəti yaxşıdır. Təxminən 2 həftədən sonra isə Əmiri dördüncü əməliyyat - dəri köçürülməsi gözləyir. Əmirin bütün əməliyyat və müalicə xərcləri "Nargis Fund" tərəfindən ödəniləcək.

05.03.2017
4 yaşlı Əmir Dadaşov xəstəxanadan evə buraxılıb. Onun vəziyyəti yaxşıdır və artıq yeriməyə başlayıb. Martın 5-də Bakıdakı "İstanbul NS" klinikasında Əmir Dadaşovun dördüncü - tam dəri transplantatının köçürülməsi əməliyyatı baş tutacaq. Qeyd edək ki, onun əməliyyat və müalicə xərcləri "Nargis Fund" tərəfindən ödəniləcək.
Ötən gün "İstanbul NS" klinikasında avtomobil vurması nəticəsində ağır yaralanan Əmir Dadaşov dördüncü dəfə əməliyyat olunub. Onun üzərində tam dəri transplantatının köçürülməsi uğurla həyata keçirilib. Uşağın əməliyyat və müalicə xərcləri "Nargis Fund" tərəfindən ödənilib
Avtomobil vurması nəticəsində ağır yaralanan 4 yaşlı Əmir Dadaşov artıq özünü yaxşı hiss edir. Əmirə taxılan İlizarov aparatı bu günlərdə çıxarılıb, yaraları sağalıb və o, yeriməyə başlayıb.