Rəqsanə Tanrıverdiyeva

Əziz dostlar!

“Soyuq Əllər, İsti Ürək” 2025–2026 xeyriyyə yarmarkası mövsümü üzrə ilk hesabatı diqqətinizə təqdim edirik. Sponsorların, “Nargis” Fondunun rəhbərliyinin dəstəyi və yarmarka evlərinin icarəsindən əldə olunan gəlir sayəsində bu mövsüm də ehtiyacı olan uşaqlara dəstək göstərildi.

İlk dəstək göstərilən uşaqlardan biri 8 yaşlı Rəqsanə Tanrıverdiyeva olmuşdur. Aplastik anemiya xəstəliyindən əziyyət çəkən Rəqsanənin müalicəsi üçün tələb olunan 68.000 ABŞ dolları məbləğində vəsait xeyirxah insanların birgə dəstəyi nəticəsində toplanaraq onun müalicə almasına imkan yaratdı.

Bu işdə əməyi keçən bütün sponsorlarımıza, tərəfdaşlarımıza, dəstəkçilərimizə və yarmarka iştirakçılarına səmimi təşəkkürümüzü bildiririk. Birlikdə daha çox uşağın həyatına ümid işığı çatdırmağa davam edəcəyik.