Sultan Kərimov

Əziz dostlar,

“Soyuq Əllər, İsti Ürək” 2025-2026 xeyriyyə yarmarkası çərçivəsində dəstək göstərilən uşaqlardan biri Sultan Kərimov olmuşdur.

Körpə Sultan hipospadiya diaqnozu ilə müalicəyə ehtiyac duyurdu. Onun əməliyyatı üçün tələb olunan 4.500 AZN məbləğində vəsait xeyirxah insanların, tərəfdaşlarımızın və dəstəkçilərimizin birgə səyi nəticəsində toplanaraq lazımi tibbi müdaxilənin həyata keçirilməsinə imkan yaratmışdır.

Göstərilən dəstək sayəsində Sultan sağlamlığına doğru vacib bir addım atmışdır.

Bu nəcib işdə əməyi keçən bütün sponsorlarımıza, tərəfdaşlarımıza və dəstəkçilərimizə dərin təşəkkürümüzü bildiririk. Birlikdə daha çox körpəyə və ailəyə ümid olmağa davam edəcəyik.