Riad və İnarə Yusifovlar

İnarə Yusifovada autizm, onun qardaşı Riyad Yusifovda isə “əzələ distoniyası” (barmaqlarının ucunda yerimə) adlandırılan pozulmanın simptomları müşahidə olunur. Hər iki uşağa qoyulan diaqnozların dəqiqləşdirilməsi üçün onlar mayın 11-də Fondun nümayəndəsi Nərmin Əliyeva ilə birgə Moskvaya - “Sesil” klinikasına yola düşüblər. “Nargis Fund” müayinə və digər xərcləri qarşıladığına görə BP şirkətinə, Moskvaya uçuşun həyata keçirilməsində göstərdiyi dəstəyə görə isə “Azərbaycan Hava Yolları” QSC-yə (Fond tərəfindən yalnız biletin əlavə dəyər vergisi ödənilib) dərin minnətdarlığını bildirir!