Əziz dostlar! Daha öncə bildirdiyimiz kimi, “Soyuq Əllər, İsti Ürək” 2022/2023 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkadaki evlərin kirayəsi nəticəsində ağır xəstəlikdən əziyyət çəkən yeddi uşağın müalicə və əməliyyat xərcləri qarşılandı.
Həmin uşaqlardan biri nadir xroniki Moya Moya xəstəliyindən əziyyət çəkən 4 yaşlı Səbinə Məmmədlidir. Müalicə və əməliyyatın toplam məbləği 10 000 ABŞ dolları təşkil etdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 5 000 ABŞ dolları Səbinənin ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ - 5 000 ABŞ dolları ”Soyuq Əllər, İsti Ürək” yarmarkasının sponsorları, iştirakçıları və xeyriyyəçilər tərəfindən toplandı.
Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin aparıcı klinikalarından birində balaca Səbinənin müalicəsi və əməliyyatı uğurla keçdi!
Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Səbinəni və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!
⠀