Səid Cavadov

Səid Cavadov hidrosefaliya xəstəliyindən (Beyinə su yığılması nəticəsində başın genişlənməsi ilə müşahidə olunan xəstəlik) əziyyət çəkir. O, bir müddət əvvəl Mərkəzi Gömrük Hospitalında MRT (Maqnetik Rezonans Tomoqrafiyası) müayinəsindən keçib və nəticələr Türkiyənin İstanbul şəhərində yerləşən "Kolan" xəstəxanasına göndərilib. Məlum olub ki, Səid Cavadov təcili əməliyyat edilməlidir. Onun əməliyyata qədərki bütün müalicə xərclərini "Nargis Fund" öz üzərinə götürüb.

26.04.2017
Səid Cavadov hidrosefaliya xəstəliyindən (Beyinə su yığılması nəticəsində başın genişlənməsi ilə müşahidə olunan xəstəlik) əziyyət çəkir. "Nargis" fondunun əməliyyat meneceri Nərmin Əliyeva ilə birgə o, 26 aprel tarixində İstanbul şəhərinə yola düşdü. Hal-hazırda Səid "Kolan" klinikasında müayinədən keçir. Müayinənin nəticələrinə və uşağın valideynlərinə uyğun olaraq Səidin əməliyyat tarixi təyin olunacaq.

27.04.2017
İstanbulun "Kolan" klinikasında uğurlu əməliyyat olunan Səid Cavadov özünü yaxşı hiss edir. O, hidrosefaliya xəstəliyindən əziyyət çəkirdi. Səid artıq ayağa qalxıb və sabah ailəsi ilə birgə Bakıya qayıdır.