Sehran Babayeva

Əziz dostlar,

"Nargis" Fondu tərəfindən təşkil olunan “Soyuq Əllər, İsti Ürək” 2025–2026 xeyriyyə yarmarkası çərçivəsində dəstək göstərilən şəxslərdən biri də Sehran Babayeva olmuşdur.

Sehran xanım xroniki revmatizm xəstəliyindən əziyyət çəkir və uzunmüddətli müalicəyə ehtiyac duyurdu.

Yarmarka evlərinin icarəsindən əldə olunan vəsait, Fondun rəhbərliyi və sponsorların dəstəyi sayəsində Sehran xanımın müalicəsi üçün 6.000 AZN məbləğində yardım göstərilmişdir.

Bu xeyirxah missiyada əməyi keçən hər kəsə təşəkkür edir, Sehran xanıma möhkəm can sağlığı arzulayırıq.