Əziz dostlar!
"Nargis" Fondu tərəfindən təşkil olunan “Soyuq Əllər, İsti Ürək” 2025–2026 xeyriyyə yarmarkası mövsümü üzrə növbəti yardımlardan biri yanğın zamanı zərərçəkmiş ailəyə göstərilmişdir.
Sponsorlarımızın dəstəyi və yarmarka evlərinin icarəsindən əldə olunan gəlir hesabına zərərçəkmiş ailəyə 33.000 AZN məbləğində maddi yardım ayrılmışdır. Bu vəsait onların yaranmış çətin vəziyyətinin aradan qaldırılmasına və həyat şəraitlərinin yaxşılaşdırılmasına dəstək olmaq məqsədilə təqdim edilmişdir.
Xeyirxah təşəbbüslərimizə dəstək olan hər kəsə təşəkkür edirik. Sizin köməyiniz sayəsində ehtiyacı olan insanlara ümid və dəstək ola bilirik.



