«Soyuq Əllər, İsti Ürək» 2023/2024 xeyriyyə yarmarkasının sayəsində sağlamlığına qovuşan daha bir uşaq!
Bir müddət öncə, qaraciyər sirrozundan əziyyət çəkən 7 yaşlı Yusif Kərimzadənin ailəsi «Nargis» fonduna müraciət etdi. Yusifin müalicə və əməliyyatının toplam məbləği 55.000 ABŞ dolları təşkil edirdi. Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 27.500 ABŞ dolları Yusifin ailəsi tərəfindən toplandı, yerdə qalan məbləğ ”Soyuq Əllər, İsti Ürək” yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi və yarmarkada yerləşən evlərin kirayəsi nəticəsində toplandı.
Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyənin qabaqcıl klinikalarından birində Yusifin qaraciyər transplantasiyası olundu və əməliyyatı uğurla keçdi. Yusif artıq Bakıdadır və özünü yaxşı hiss edir!
Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə hər kəsə, o cümlədən Yusifi və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə də dərin minnətdarlığımızı bildiririk!
⠀