13 yaşlı Zeynəb Həşımova sepsis xəstəliyindən əziyyət çəkirdi. Təcili əməliyyata ehtiyac duyan Zeynəb “Nargis” fondun dəstəyi ilə “Baku Medical Plaza” xəstəxanasında əməliyyat olundu. Əməliyyat uğurla icra olundu və hazırda qızcığazın vəziyyəti yaxşıdır. Zeynəbin əməliyyatı üçün lazım olan vəsaitin bir hissəsi ailəsi tərəfindən, yerdə qalan hissəsi isə - 1000 AZN - "Nargis" fond tərəfindən qarşılanmışdır. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə dərin minnətdarlığımızı bildiririk!