"Nargis" fondu mütəmadi olaraq uşaqların qayğısına qalır, xüsusi olaraq da aztəminatlı ailələrin, eləcə də valideyn himayəsindən məhrum və sağlamlıq problemlərindən əziyyət çəkən uşaqların qəyyumu olaraq çıxış edir. Bu günə kimi fond bir sıra layihələrə imza atmış, eləcə də xeyriyyə yarmarkalarını, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müayinəsini və müalicəsini təşkil etmişdir. Fond köməyə ehtiyacı olanlar və kömək göstərmək istəyənlər arasında könüllü vasitəçi rolunu oynayır.Son bir il ərzində "Nargis Fund" müalicəyə və əməliyyata ehtiyacı olan onlarla uşağa yardım edib, onların qısa zamanda ayağa qalxması üçün böyük səylə çalışıb. Onlardan biri eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkən Adəm Cəmilli; ayaq əzələlərinin atrofiyasından əziyyət çəkən Rəsul Zəkiyev; anadangəlmə eşitmə qabiliyyətinin zəifliyindən əziyyətçəkən sümük-oynaq sisteminin vərəmindən əziyyət çəkən Aydın İsgəndərov və uşaq serebral paraliçindən əziyyət çəkən Murad Qədimov idi. İndi isə Novruzun bizim köməyimizə ehtiyacı var. O, artıq yerli klinikalardan birində KT və MRT müayinələrindən keçib, sənədləri Rusiyanın Sankt-Peterburq şəhərinin qabaqcıl klinikalarından birinə göndərilib. Yaxın zamanda nəticələr haqqında məlumat veriləcək. "Nargis" fondunun təşəbbüsü ilə əməliyyat olunmuş uşaqlar və onların valideynləri ilə birgə çəkilmiş videoçarxı diqqətinizə yetiririk.
10.06.2017
Novruz Novruzov uşaq serebral iflici xəstəliyindən əziyyət çəkir. Ona yardım haqqında çağırış ötən il “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasında nümayiş olunan video-çarxda edilmişdi. Səhhətində yaranan zəiflik səbəbindən Novruzun əməliyyatı dəfələrlə təxirə salınsa da, o, oktyabrın 4-də “Baku Medical Plaza”da iki cərrah tərəfindən uğurla əməliyyat edildi. Qarşıda Novruzu fizioterapiya kursu gözləyir. Uşağın əməliyyatı və müalicəsi ilə bağlı bütün xərclər “Nargis Fund” tərəfindən ödənilib.