Əziz dostlar! Daha öncə bildirdiyimiz kimi, “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2022 xeyriyyə yarmarkasının sponsorlarının, mesenatların, birbaşa Fond rəhbərliyinin dəstəyi, yığımlar və yarmarkada evlərin satışı nəticəsində ağır xəstəlikdən əziyyət çəkən on bir uşağın müalicə və əməliyyat xərcləri qarşılandı. Həmin uşaqlardan biri serebral iflic diaqnozlu 6 yaşlı Teymur Əhmədzadədir. Teymurun xüsusi reabilitasiya keçməsi üçün "Nargis" fondu tərəfindən 2 000 AZN klinikaya köçürüldü. Teymura şəfalar diləyir, bütün xeyirxah şəxslərə və yarmarkanın sponsorlarına dərin minnətdarlığımızı bildiririk!