Əziz dostlar,
“Soyuq Əllər, İsti Ürək” 2025–2026 xeyriyyə yarmarkası çərçivəsində dəstək göstərilən uşaqlardan biri də Yusif Məmmədov olmuşdur.
Yusif onurğa deformasiyası diaqnozu ilə müalicəyə ehtiyac duyurdu. Onun sağlamlığına qovuşması üçün tələb olunan 1.000 AZN məbləğ xeyirxah insanların, sponsorlarımızın və yarmarka evlərinin icarəsindən əldə olunan gəlirlərin dəstəyi ilə qarşılanmışdır. Göstərilən diqqət və qayğı sayəsində Yusifin müalicə prosesi təmin edilmişdir.
Bu nəcib missiyada əməyi olan hər kəsə təşəkkür edirik. Birlikdə daha çox uşağın həyatına ümid olmağa davam edirik.


