Talassemiya 17/03/26

Adıgözəl Heydərov

Əziz dostlar!

“Soyuq Əllər, İsti Ürək” 2025–2026 xeyriyyə yarmarkası mövsümü üzrə növbəti hesabatı diqqətinizə təqdim edirik. Sponsorlarımızın, “Nargis” Fondunun rəhbərliyinin dəstəyi və yarmarka evlərinin icarəsindən əldə olunan gəlir sayəsində bu mövsüm də ehtiyacı olan şəxslərə yardım göstərildi.

Dəstək göstərilən şəxslərdən biri Adıgözəl Heydərov olmuşdur. Müalicəyə ehtiyacı olan Adıgözəl üçün tələb olunan 136.200 AZN məbləğində vəsait xeyirxah insanların, tərəfdaşlarımızın və ailəsinin birgə səyi nəticəsində toplanaraq onun lazımi müalicəni almasına imkan yaratdı.

Ödənişin qalan hissəsinə dair tam məbləğ və xəstəxana ödəniş çeki şəffaflıq prinsiplərinə uyğun olaraq yaxın zamanda ictimaiyyətlə paylaşılacaq.

Bu nəcib işdə əməyi keçən bütün sponsorlarımıza, tərəfdaşlarımıza, dəstəkçilərimizə və yarmarka iştirakçılarına dərin təşəkkürümüzü bildiririk. Birlikdə daha çox ailəyə ümid olmaq və daha çox həyatlara işıq saçmaq üçün fəaliyyətimizi davam etdirəcəyik.