Talassemiya 11/02/26

Aişə Xəlilova

Əziz dostlar!

“Soyuq Əllər, İsti Ürək” 2025–2026 xeyriyyə yarmarkası mövsümü üzrə hesabatı diqqətinizə təqdim edirik. Sponsorların, “Nargis” Fondunun rəhbərliyinin dəstəyi və yarmarka evlərinin icarəsindən əldə olunan gəlir sayəsində bu mövsüm də ehtiyacı olan şəxslərə dəstək göstərildi.

Növbəti dəstək göstərilən şəxslərdən biri Aişə Xəlilova olmuşdur. B talassemiya xəstəliyindən əziyyət çəkən Aişənin Türkiyənin aparıcı xəstəxanalarından birində müalicəsi üçün tələb olunan 68.000 ABŞ dolları məbləğində vəsait xeyirxah insanların və ailəsinin birgə dəstəyi nəticəsində toplanaraq onun müalicə almasına imkan yaratdı.

Bu işdə əməyi keçən bütün sponsorlarımıza, tərəfdaşlarımıza, dəstəkçilərimizə və yarmarka iştirakçılarına səmimi təşəkkürümüzü bildiririk. Birlikdə daha çox insanın həyatına ümid işığı çatdırmağa davam edəcəyik.