Talassemiya 04/03/26

Ayxan Ağayev

Əziz dostlar,

“Soyuq Əllər, İsti Ürək” 2025–2026 xeyriyyə yarmarkası çərçivəsində dəstək göstərilən uşaqlardan biri də Ayxan Ağayev olmuşdur.

6 yaşlı Ayxan B talassemiya diaqnozu ilə uzunmüddətli müalicəyə ehtiyac duyurdu.

Ayxanın müalicəsi üçün ümumilikdə 71.499 ABŞ dolları (121.748 AZN) vəsait tələb olunurdu. Bu məbləğin bir hissəsi Ayxanın ailəsi tərəfindən qarşılanmışdır. Qalan hissəsi isə fondumuzun rəhbərliyinin, dəyərli sponsorlarımızın və “Soyuq Əllər, İsti Ürək” yarmarkası çərçivəsində təşkil olunan evlərin icarəsindən əldə edilən gəlirlərin dəstəyi sayəsində qalan məbləğ qarşılanmışdır və Ayxan Türkiyənin aparıcı xəstəxanalarından birində uğurla əməliyyat olunmuşdur.

Sevindirici haldır ki, artıq Ayxanın müalicə prosesi başa çatmışdır və o sağlamlığına qovuşmuşdur.

Dəstək olan hər kəsə təşəkkür edir, Ayxana sağlam, xoşbəxt və işıqlı bir gələcək arzulayırıq.