Dostlar, gözəl bir xəbəri sizinlə bölüşmək istəyirik! Yəqin ki, çoxunuz azyaşlı Faiqi tanıdınız. Ötən il Faiq Əhədovun talassemiya xəstəliyindən ağır şəkildə əziyyət çəkdiyi, onun təcili şəkildə Türkiyəyə göndərildiyi və dəstəyə ehtiyacı olduğunu paylaşmışdıq. Və budur! Faiqin Türkiyədə müalicəsi və əməliyyatı uğurla keçdi. O, özünü yaxşı hiss edir və digər uşaqlar kimi həyatına davam edir. Xatırladaq ki, Faiqin müalicəsi üçün tələb olunan məbləğ 83 000 ABŞ dolları təşkil edirdi. Bu məbləğ birbaşa “Nargis” Fondunun rəhbərliyi, Faiqin ailəsi, habelə anonim xeyriyyəçilər və “Unibank” ASC sayəsində toplandı. Faiqin sağalmasına vəsilə olan hər kəsə dərin minnətdarlığımızı bildiririk! Bütün uşaqlar sağlam böyüsün!