“Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2024 xeyriyyə yarmarkasının sayəsində yardım ola bildiyimiz uşaqların hesabatını sizə təqdim etməyə davam edirik!
Talassemiya xəstəliyindən əziyyət çəkən 15 yaşlı Ömər Əhmədovun sağlam həyata qovuşması üçün 75.000 ABŞ dolları tələb olunurdu.
Ümumi məbləğin bir hissəsi - 41.500 ABŞ dolları Ömərin ailəsi tərəfindən toplanmışdı.
Yerdə qalan məbləğ - 33.500 ABŞ dolları “Nargis” Fondu tərəfindən qarşılandı.
Bir müddət öncə, Türkiyənin aparıcı klinikalarından birində Ömərə sümük iliyi köçürüldü. Əməliyyat uğurlu keçdi, Ömər artıq Bakıdadır və özünü yaxşı hiss edir!
Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə yarmarkanın sponsor və iştirakçılarına, o cümlədən Öməri və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə @azerbaijanairlines -a dərin minnətdarlığımızı bildiririk! ✈️