Talassemiya xəstəliyindən əziyyət çəkən növbəti uşağa sümük iliyi köçürüldü. Ömər Baxışovun müalicə və əməliyyatı üçün tələb olunan ümumi məbləğ 83 000 ABŞ dolları təşkil edirdi. Bu məbləğin böyük qismi – 51 000 ABŞ dolları “Nargis” Fondu tərəfindən qarşılandı və Fondun dəstəyi ilə Ömər Türkiyənin qabaqcıl klinikalarından birinə göndərildi. Müalicə və əməliyyatı uğurla keçdi. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə, o cümlədən Tərlanı və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk! Bütün uşaqlar sağlam böyüsün!