Talassemiya 08/08/24

Raul Əliyev

Əziz dostlar! Daha öncə “Torpaq Əlimdə, Bahar Ürəyimdə” 2024 xeyriyyə yarmarkası sayəsində əməliyyat olunan uşaqların siyahısını sizə təqdim etmişdik.Qeyd etdiyimiz kimi, uşaqlardan bəziləri əməliyyat olunsa da, xəstəxanadan çıxışları hələ həyata keçirilməmişdi.
Hal-hazırda yarmarka vasitəsilə əməliyyat olunan və artıq evinə qayıdan uşaqları sizə təqdim edirik.
Həmin uşaqlardan biri, talassemiya xəstəliyindən əziyyət çəkən 7 yaşlı Raul Əliyevdir.
Raulun sağlam həyata qovuşması üçün 83 000 ABŞ dolları tələb olunurdu.
Əməliyyat üçün tələb olunan ümumi məbləğin bir hissəsi - 41.500 ABŞ dolları Raulun ailəsi tərəfindən toplanmışdı.
Yerdə qalan məbləğ - 41.500 ABŞ dolları “Nargis” Fondu tərəfindən qarşılandı.
Və bir müddət öncə, Türkiyənin aparıcı klinikalarından birində Raula sümük iliyi köçürüldü.
Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə, o cümlədən Raulu və valideynini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!

Bütün uşaqlar sağlam böyüsün!