Əziz dostlar, məlum olduğu kimi “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasından toplanan ianələr ənənəvi olaraq əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara sərf olunur. Həmin uşaqlardan biri beta talassemiyadan əziyyət çəkən 9 yaşlı Teya Məmmədovadır. Müalicə və əməliyyatın toplam məbləği 68 000 ABŞ dolları təşkil etdi. Sevinc hissi ilə bildiririk ki, bir müddət öncə Türkiyəin aparıcıl klinikalarından birində Teyaya sümük iliyi köçürüldü və əməliyyat uğurlu keçdi. Teyanın donoru öz qardaşı oldu. Əməliyyatın həyata keçirilməsində göstərdiyi mühüm dəstəyə görə bütün xeyirxah şəxslərə və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının sponsorlarına, o cümlədən Teyanı və ailəsini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk