3 yaşlı Fatimə Salmanlı anadangəlmə ürək qüsurundan əziyyət çəkirdi. Təcili ürək əməliyyatına ehtiyacı olan körpə aprel ayında “Nargis” fondun dəstəyi ilə Türkiyənin qabaqcıl xəstəxanalarından birində əməliyyat olundu. Əməliyyat uğurla icra olundu və hazırda körpənin vəziyyəti yaxşıdır. Əməliyyatdan sonra tələb olunan bütün müalicə xərcləri də fond tərəfindən qarşılanmışdır. Əməliyyatın həyata keçirilməsində göstərdiyi köməyə görə xeyirxah şəxslərə, o cümlədən balaca Fatimənin,valideyninin, eləcə də fond nümayəndəsini uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığımızı bildiririk!