12 yaşlı Şəbnəm Məmmədzadə kəskin ürək çatışmamazlığından əziyyət çəkirdi. Əməlliyatın çox riskli olmasına baxmayaraq, cari ilin 4 aprel tarixində Rəşad Mahmudov Mərkəzi Gömrük xəstəxanasında balaca Şəbnəmin əməliyyatını uğurla həyata keçirdi. Böyük bir fərəh hissi ilə sizə bildirmək istəyirik ki,Şəbnəm artıq evindədir və vəziyyəti qənaətbəxşdir. Daha öncə əməliyyat xərclərinin bir hissəsi-3000AZN “Nargis” fond tərəfindən qarşılanmışdı. Əməlliyatın qalan xərcləri-6615,5 AZN ilə bizi təmin etdiyinə görə Fərman İmamquliyeva dərin minnətdarlığımızı bildiririk!