3 aylıq Selena Mahmudova anadangəlmə ürək qüsurundan əziyyət çəkirdi. Körpənin ailəsi "Nargis" xeyriyyə fonduna müraciət edəndə o, artıq təcili əməliyyat olunmalı idi. Əməliyyat üçün lazım olan vəsaitin bir qismi ailənin özü tərəfindən toplanmışdı, yerdə qalan hissəsi isə "Nargis Fund" və xeyriyyəçi Səbinə Rəhimova tərəfindən ödənildi. Selenanın əməliyyatı martın 31-də Respublika Diaqnostika Mərkəzində ürək-damar cərrahı Rəşad Mahmudov tərəfindən həyata keçirildi.
Martın 31-də Respublika Diaqnostika Mərkəzində ürəyindən əməliyyat olunan Selena Mahmudova hazırda reanimasiyadadır. Ürək-damar cərrahı Rəşad Mahmudovun sözlərinə görə, körpənin əməliyyatı uğurlu keçib. Selenanın vəziyyəti stabilləşdikdən sonra o, mərkəzin reanimasiya şöbəsindən palataya köçürüləcək.