Vərəm 24/10/19

Aydın İsgəndərli

Sümük və ağ cigər vərəmindən əziyyət çəkən 2 yaşlı Aydın İsgəndərlinin valideyni bir müddət öncə fondumuza yardım üçün müraciət etmişdi. Əfsuslar olsun ki, balaca Aydın atasını da eyni xəstəlik ucbatından itirmişdi. "Nargis" Fondun dəstəyi ilə uzun müddətli müalicələr alan Aydın, carı ilin yay aylarında Sankt-Peterburq şəhərində onurğa sümüyündən konstruksiya çıxarılma əməliyyatı olundu. Böyük fərəh hissi ilə bildirmək istərdik ki, Aydın uğurla xəstəliyin öhdəsindən gəldi. “Nargis” Fund əməliyyat və müayinələrin həyata keçirilməsində yardım edən xeyirxah şəxslərə, o cümlədən uçuş biletləri ilə təmin etdiyinə görə “Azərbaycan Hava Yolları” QSC-yə dərin minnətdarlığını bildirir!