Yeni doğulmuş körpə Miyaya nekrotizan enterokolit diaqnozu qoyuldu. Bu, yenidoğulmuşlarda ağır bağırsaq xəstəliyidir. Körpənin həyatda qalması üçün ona təcili şəkildə əməliyyatın keçirilməsi tələb olunurdu. Bunun üçün tələb olunan 4 500 AZN məbləğində vəsait “Nargis” Fondu tərəfindən qarşılandı. Sevinc hissi ilə bildiririk ki, əməliyyat uğurlu keçdi və hal-hazırda Miya Məmmədyarova tamamilə sağlamdır!