30 oktyabr tarixində fondumuza Şükürovlar ailəsi tərəfindən bir neçə gün öncə “Mərkəzi Klinika” xəstəxanasında möcüzə ilə dünyaya gəlmiş üçüzlərilə bağlı müraciət daxil oldu. Körpələri küveysə yerləşdirməsi üçün tələb olunan - 3000 AZN vəsait “Nargis” fond tərəfindən qarşılanmışdır. “Nargis” fond bizə yardım edən bütün xeyirxah şəxslərə öz minnətdarlığını bildirir!