2 saylı Yeni Günəşli uşaq evinin sakinləri üçün Novruz sevinci

Mart 17-si “Ay qonşu” restoranında “Nargis” fondun təşkilatçılığı və Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin səfiri,Misir Ərəb Respublikası, Mərakeş Krallığı, Türkiyə, Bulqariya və Tacikistan Respublikası səfirlərinin və yoldaşlarının iştirakı ilə 2 saylı Yeni Günəşli uşaq evinin sakinləri ilə görüş keçirildi. Novruz bayramı münasibətilə təşkil olunan bu görüşdə səfirlərin yoldaşları öz əlləri hazırladıqları dadlı təamları və müxtəlif hədiyyələri balaca qonaqlara təqdim etdilər. Günün davamında qonaqlarımız fond tərəfindən təşkil olunan “Torpaq əlimdə,bahar ürəyimdə” xeyriyyə yarmarkası ilə tanış oldular və burada xoş zaman keçirdilər. “Xırtaxırt” və Vüqar müəllim tərəfindən hazırlanmış xüsusi kiçik hədiyyələr uşaqlar üçün bu günü daha yaddaqalan etdi. Tədbirin təşkilində bizə dəstək olan “BakuBus” MMC-yə və “Ay Qonşu” restoranına dərin minnətdarlığımızı bildiririk!