Diplomatik nümayəndəliklərin rəhbərləri 12 saylı uşaqlarlar evinin sakinləri ilə birgə iftar süfrəsinə qoşuldular

20 may tarixində “Nargis” fondu yeni bir layihəyə imza atdı. Belə ki, qardaş ölkə Türkiyə Respublikasının, Tacikistan Respublikasının, Malaziyanın, Şimali Kipr Türk Respublikasının, Birləşmiş Ərəb Əmirliklərinin, İndoneziya Respublikasının və Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri və yoldaşları,eləcə də “Nargis” fondun təsisçisi Ülviyyə Mahmudova “Baku Bay” restoranında fondumuz tərəfindən təşkil olunan iftar süfrəsinə qoşuldular. Gecənin əsas qonaqları Şüvəlan qəsəbəsində yerləşən 12 saylı uşaqlar evinin balaca sakinləri oldu. Tədbirin davamında Mr.White tərəfindən təşkil olunan əyləncə proqramı, skripka ifaçısı Ramin müəllimin və Natiq Ritm Qrupunun ifası bu günü daha yaddaqalan etdi. Tədbirin təşkilində bizə dəstək olan “BakuBus” MMC-yə və “Baku Bay” restoranına dərin minnətdarlığımızı bildiririk!