HOMS üzvləri tərəfindən ilk master-klass keçirildi

Macarıstanın ölkəmizdəki səfirliyi və “Nargis” Fondunun təşkilatçılığı ilə 5 dekabr tarixində Azərbaycan Dövlət Filarmoniya səhnəsində Erdi Tamaş (Macarıstan) və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik orkestrasının rəhbəri dirijor Əyyub Quliyevin birgə xeyriyyə konserti baş tutacaq. Tədbirin davamında isə Dövlət Filarmoniyasının foyesində HOMS (Diplomatik Missiya Rəhbərlərinin Həyat Yoldaşları Təşkilatı) üzvləri tərəfindən hazırlanan xüsusi şirniyyatların təqdim olunacağı kiçik xeyriyyə yarmarkası təşkil ediləcək. Qeyd etmək istərdik ki, ötən həftə şirniyyatların hazırlanması üçün HOMS üzvləri tərəfindən ilk master-klass keçirildi və bütün şirniyyatlar Reinteqrasiya mərkəzin balaca sakinlərinə təqdim olundu. Gəlin o anları birlikdə izləyək!