“HOMS” üzvləri tərəfindən xeyriyyə konserti üçün hazırlanan şirniyyatların bəzədilmə prosesi

Artıq bildirdiyimiz kimi, dekabrın 5 Azərbaycan Dövlət Akademik Filarmoniyasında Erdi Tamaş və Əyyub Quliyevin xeyriyyə konserti və xeyriyyə yarmarkası baş tutdu. Yarmarkada Macarıstanın milli təamları, Reinteqrasiya Mərkəzinin balaca sakinlərinin əl işləri və “HOMS” (Diplomatik missiya rəhbərlərinin həyat yoldaşları) təşkilatının hazırladığı şirniyyatlar satışa çıxarıldı. Bu ilki yarmarkamız üçün “HOMS” xanımları necə hazırlaşırdı? Hazırlıqların birinci mərhələsində marsepandan gözəl güllər hazırladıqlarını bir müddət öncə paylaşdığımız videoda izlədik. İndi isə gəlin konsertdən bir gün öncə baş tutmuş ikinci və əsas hazırlıq prosesini birlikdə izləyək, həmçinin Milad üçün hazırlanan Macarıstan pryaniklərinin bəzədilmə sirrlərini öyrənək!