HOMS üzvləri üçün master-klass

Macarıstanın Azərbaycandakı səfirliyi ilə bilrikdə keçirdiyimiz xeyriyyə layihəsinin gözəl bir ənənəsi var. Hər il HOMS (Diplomatik missiya rəhbərlərinin həyat yoldaşları təşkilatı) xanımları xeyriyyə yarmarkasında satışa çıxarılan şirniyyatları master-klassda hazırlayırlar. Tədbir üçün xüsusi olaraq Bakıya dəvət olunan tanınmış qənnadı Meszaros Gaborun keçirdiyi master-klassda xanımlar şokoladlı konfetlər və marzipandan güllər hazırladı. Xanımların hazırladığı şirniyyatlar yarmarkada çox tez satıldı. Gəlin master-klassı birlikdə izləyək!