Misir Ərəb Respublikasının Azərbaycandakı səfirinin yoldaşı Inas A. Eissa ilə birgə layihəmiz

Əziz dostlar! Böyük bir fərəh hissilə “Nargis” fondun və Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyyətli səfirinin həyat yoldaşı xanım Inas A. Eissa ilə birgə layihəmizi təqdim edirik! Novruz bayramı münasibətilə mart ayının 17-si baş tutan görüşdəki balaca qonaqlar üçün xanım Inas A. Eissa öz əlləri ilə milli şirniyyatlarını hazırladı. “Nargis” fondun adından bir daha Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinə, xüsusən də cənab səfir Adel İbrahimə və dəyərli yoldaşı xanım Inas A. Eissaya göstərdiyi dəstəyə görə dərin minnətdarlığımızı bildiririk! Həmin anları diqqətinizə çatdırırıq!