“Nargis” Fond nümayəndələrinin Mərakeş Krallığının Azərbaycandakı səfirinin həyat yoldaşı ilə görüşü!

Ötən həftə Mərakeş Krallığının Azərbaycandakı səfirinin həyat yoldaşı xanım Aişə El Bouxari “Nargis” Fondun nümayəndələrini qonaq dəvət edib. Xanım El Buxari fondumuzun uşaqların rifahı üçün yönəlmiş geniş miqyaslı fəaliyyətləri ilə yaxından tanış oldu və yüksək qiymətləndirdi. Səmim görüş zamanı yalnız birgə keçiriləcək layihələr deyil, eyni zamanda hər iki ölkənin milli mədəniyyətindəki oxşarlıqlar da müzakirə olundu. Bundan əlavə, ləziz Mərakeş delikateslərini dadarkən diplomat yoldaşı olmağın - çətin, lakin şərəfli iş olduğunu öyrəndik. Layihə çox maraqlı olmağı vəd edir, bizi izləməyə davam edin!