İftar 13/04/23

Balaxanıda Ramazan Sevinci!

Əziz dostlar, 10-14 aprel tarixlərində “Nargis” Fondu tərəfindən hər gün Balaxanı qəsəbəsində müxtəlif ləziz təamlardan ibarət iftar süfrəsi qurulur. Burada yüzlərlə insan bir araya gəlir və iftar sevincini birlikdə paylaşır.
Layihə “Alliance Group”, “PAŞA Bank”, “Coca-Cola”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və İsrailin Azərbaycandakı Səfirliyinin sponsorluğu və Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Bakı Abadlıq Xidməti və “Yango”nun dəstəyi ilə həyata keçirilir.
Sizə iftar çadırlarının ilk günlərinin foto və video hesabatını diqqətinizə çatdırırıq.
Məkan: Balaxanı poçtunun yaxınlığı (216 nömrəli avtobusun son dayanacağı).
Allah qəbul eləsin!