İftar 12/04/23

Ənənəvi İftar çadırları Balaxanı qəsəbəsində

Müqəddəs Ramazan ayında yüzlərlə insan iftar süfrəsi arxasında bir araya gəlir.
Builki ənənəvi İftar çadırları layihəsi aprel ayının 10-dan 14-dək hər gün Balaxanı qəsəbəsində təşkil olunacaq.
Layihə “Alliance Group”, “PAŞA Bank”, “Coca-Cola”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” və İsrailin Azərbaycandakı Səfirliyinin sponsorluğu və “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi”, “Bakı Abadlıq Xidməti” və “Yango”nun təşkilati dəstəyi ilə həyata keçirilir.
Məkan: Balaxanı poçtunun yaxınlığı (216 nömrəli avtobusun son dayanacağı).
Ramazan paylaşdıqca gözəldir. Gəlin iftar sevincini birlikdə paylaşaq!