İftar 02/04/24

Lənkəran şəhərində "İftar çadırları"

Əziz dostlar! 2-4 aprel tarixlərində “Nargis” Fondu tərəfindən hər gün Lənkəran şəhərində müxtəlif isti yeməklərdən və ləziz təamlardan ibarət olan iftar süfrələri qurulur. Burada yüzlərlə insan bir araya gəlir və iftar sevincini birlikdə paylaşır.
Sizə layihənin video hesabatını təqdim edirik.

Layihə “R Group Holding”, “Coca-Cola”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Unibank” və şəxsən Natiq Heydərovun sponsorluğu, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Reklam Agentliyinin təşkilati dəstəyi ilə həyata keçirilir.

Məkan: Lənkəran şəhəri (Böyük Bazar məscidinin ərazisi).

Allah tutduğunuz orucları qəbul eləsin!