İftar 01/05/22

“İftar çadırları” layihəsi çərçivəsində Qəbələdə yaşayan şəhid və qazi ailələri qonaqlarımız oldu.

Əziz dostlar, “Nargis” Fondunun təşkilatçılığı ilə 25-29 aprel tarixlərində Qəbələ rayonunda baş tutmuş “İftar çadırları” layihəsinin videohesabatını diqqətinizə çatdırırıq.
Layihə çərçivəsində Qəbələ rayonu və ətraf kəndlərdə yaşayan 1500 nəfərdən artıq insan iftar süfrəsində bir araya gəldi. Əlavə olaraq iftar süfrəsinə qatıla bilməyənlər üçün iftar payları birbaşa yaşadıqları məkanlara çatdırıldı.
Layihənin fəxri qonaqları Qəbələ rayonu və ətraf kəndlərdə yaşayan onlarla şəhid və qazi ailələri oldu. Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev onlara iftar süfrəsində qoşuldu.

Layihə “PAŞA Bank”, “Coca-Cola”, “Unibank”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Ziraat Bank”, “Bizon”, “Berqa” və “Zeytun Bağları” şirkətlərinin sponsorluğu, “TİKA”, “Gəncliyə Yardım Fondu” və “Türkiyə Diyanət Vəqfi” dəstəyi ilə həyata keçirilir.