İftar 27/04/22

Qəbələdə Ramazan Sevinci!

“Nargis” Fondunun təşkilatçılığı ilə Qəbələ rayonunda iftar çadırları quruldu.

25-29 aprel tarixlərində Qəbələ rayonu və ətraf kəndlərdə yaşayan 1500 nəfərdən artıq insan müxtəlif təamlardan ibarət iftar süfrəsində bir araya gəldi. Gündəlik iftar menyusu sulu xörək, aş qara, dovğa, təzə meyvə və tərəvəzlər, içkilər, samovar çayı, qoğal, badambura, çərəzlər, kətədən ibarətdir. Əlavə olaraq iftar süfrəsinə qatıla bilməyənlər və ehtiyacı olan insanlar üçün tam iftar payı birbaşa göndərildi.
Layihənin dördüncü günündə iftar çadırlarının fəxri qonaqları Qəbələ rayonu və ətraf kəndlərdə yaşayan onlarla şəhid və qazi ailələri oldu. Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, layihənin sponsorları, eləcə də “Nargis” fondunun komandası onlara iftar süfrəsində qoşuldu. Ailələrə “TİKA”, “Gəncliyə Yardım Fondu” və “Türkiyə Diyanət Vəqfi” tərəfindən göndərilmiş bayram sovqatları təqdim edildi.
“Nargis” fondu tərəfindən gərçəkləşdirilən iftar çadırları layihəsi “PAŞA Bank”, “Coca-Cola”, “Unibank”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Ziraat Bank”, “Bizon”, “Berqa” və “Zeytun Bağları” şirkətlərinin sponsorluğu ilə həyata keçdi.
Dəstəyə görə Qəbələ rayon icra hakimiyyətinə və Dövlət Reklam Agentliyinə xüsusi təşəkkürümüzü bildiririk!