Konsertlər 21/11/22

Ənənəvi Advent konserti - Jazzical Trio və Sahib Paşazadə

Macarıstanın özəl Advent konsertlərinin ab-havası 22 noyabr 2022-ci il tarixində Macarıstanın dünyaca məşhur “Jazzical Trio”-sunun musiqili çıxışı ilə regionun caz paytaxtı Bakıya gətirildi. Caz triosu 2014-cü ildə dünya şöhrətli macar konsert pianoçusu və bəstəkarı Norbert Kael tərəfindən klassik kamera musiqisi üslubları ilə caz melodiyasının birləşməsini yaratmaq ideyası ilə yaradıldı.


Trioya Azərbaycan Respublikasının Əməkdar artisti tarzən Sahib Paşazadə də qoşuldu. İki dost ölkənin musiqiçiləri birlikdə tanınmış klassik parçalar ifa etdilər.

Milad öncəsi keçirilən bu ənənəvi konsert Macarıstanın Bakıdakı səfirliyinin təşkilatçılığı, Macarıstanın neft şirkəti “MOL Azərbaycan” sponsorluğu, Nargis Fondu və Beynəlxalq Muğam Mərkəzinin əməkdaşlığı ilə keçirildi.

Konsert zamanı MOL Azərbaycanın dəstəyi, Macarıstan səfirliyi və Nargis Fondunun təşkilatçılığı ilə 2021-ci ildə keçirilmiş xeyriyyə layihəsi vasitəsilə xüsusi avadanlıqlarla təmin edilmiş K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun Uşaq Bərpa Mərkəzinin tibbi kollektivi təşkilatçılar tərəfindən təşəkkürnamələr və hədiyyələrlə mükafatlandərıldı.