Konsertlər 13/12/19

Türk rok-ifaçısı Haluk Leventin xeyriyyə solo konserti

“iTicket.az” və “Nargis” Fondunun təşkilatı, “A+A events”, “Hilton Baku Hotel”, “Elektra Events Hall” dəstəyi ilə 7 dekabr tarixində Elektar Events Hall-da Haluk Leventin Sura üçün möhtəşəm konserti baş tutdu. Bilet satışından əldə olunan gəlir 41 400 AZN təşkil etdi. Bildiyiniz kimi, illik nəqli köçürülməsi olduqca bahalı əməliyyatdır, və Suranın əməliyyatı üçün tələb olunan məbləğ hal-hazırda 117 000 AZN təşkil edir. Siz də öz növbənizdə https://iticket.az/az/donate linkinə keçərək Sura üçün asanlıqla istədiyiniz məbləği ianə edə bilərsiz. Biz Suranın sağlamlıq durumu və yığılan məbləğlər barədə məlumatı sizlərlə paylaşacayıq. Sura Nadirovaya ən tez zamanda sağalmasını arzu edirik! Konsert haqqında ətraflı məlumatı isə nargisfund.com saytımızdan əldə edə bilərsiniz.