2 saylı uşaq evinin kiçik rəssamları ilə tanış olun

“Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında çoxlarının marağına səbəb olan “Villeroy&Boch” hədiyyə qutusunun rəssamları ilə tanış olun. Qarşılayın, 2 saylı uşaq evinin sakinləri. 100-dən çox uşaq gələcəklə bağlı arzularını boşqablar üzərində həkk etdirdi, daha sonra isə bu boşqablardan ibarət yarmarkada böyük hədiyyə konstruksiyası quruldu. Uşaqların əksəriyyətinin arzularının məhz Vətənlə əlaqəli olması xüsusi diqqətimizi çəkdi. Balaca rəssamlarımızla qürur duyuruq! İndi isə bu konstruksiya yarmarkaya xüsusi bəzək qatır, şəhərimizin sakinləri və qonaqları da öz arzularını, adlarını, hətta etiraflarını boşqabların üzərində həkk etdirir. “İtaldizain” və “Villeroy&Boch” şirkətinə bu gözəl təşəbbüs üçün təşəkkürümüzü bildiririk!