Bakıdan gələn həkimlər Xocavənd şəhərində şəhid, qazi və aztəminatlı ailələrin peşəkar müayinə və müalicəsini həyata keçirib

Həkimlərimizlə qürur duyuruq!
Xocavənd şəhərində şəhid, qazi və aztəminatlı ailələrin tibbi müayinəsi məqsədilə Azərbaycan Tibb Universiteti Onkoloji Klinikasının təşəbbüşü ilə Bakı şəhərinin müxtəlif klinikalarında çalışan 20 ixtisas üzərə 32 həkimin iştirakı ilə 400-dən çox vətəndaşın skrininq müayinəsi olundu. Akisya “Nargis” Fondunun əməkdaşlarının müşaiyəti ilə həyata keçirildi. Vətəndaşların skrininq müayinəsi Səbinə Rəhimovanın maddi dəstəyi ilə gərçəkləşdi.
Vətəndaşlar Bakı şəhərindən gətirilmiş portativ usm, ekq və Exo cihazları ilə müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olunub təyin edilən dərman preparatları ilə yerindəcə təmin edildilər. Həmçinin 85 xəstənin müxtəlif növ qan analizləri (bir sıra hormon və biokimyəvi analizlər) ATU Onkoloji Klinikanın əməkdaşları tərəfindən qurulmuş laboratirayada müayinə edildi.
Qeyd edək ki, daha öncə Azərbaycan Tibb Universiteti Onkoloji Klinikasının təşəbbüşü ilə keçirilən bu aksiya Salyan, Qusar, Beyləqan, Cəlilabad-Masallı, Biləsuvar sakinləri üçün təşkil olunub. Cərrahi əməliyyat və daha geniş müayinə tələb edilən vətəndaşların siyahısı icra hakimiyyəti və yerli xəstəxana rəhbərliyi nəzarəti altında tərtib edilib Bakı şəhərinə cəlb edilir. Aksiya zamanı müayinə edilmiş və müalicə təyin olunmuş vətəndaşlarla mütəmadi əlaqə saxlanılır.
Növbəti aksiyalar haqqında məlumat Fondun müxtəlif platformalarında yayımlanacaq.